“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 sentyabr 2021, 13:33

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5 maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli, 17 iyun tarixli 1368 nömrəli və 18 avqust tarixli 1430 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə:

1.1. 2.2.3-1-ci və 3.1.1-1-ci yarımbəndlər ləğv edilsin;

1.2. 3.1.4-cü yarımbəndə “DOST” mərkəzlərinin” sözlərindən əvvəl “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq, habelə” sözləri əlavə edilsin;

1.3. 3.1.18-ci yarımbəndə “müəssisələri ilə” sözlərindən sonra “, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə” sözləri əlavə edilsin;

1.4. 3.2.11-ci yarımbənddən “və göstərilən xidmətlərin” və “və təkmilləşdirilməsi” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.6-cı və 10.9-cu bəndlər əlavə edilsin:

“2.6. əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi”;

“10.9. mediasiya xidmətlərinin təşkili”;

2.2. 4.10-cu bənddən “, monitorinq aparılması” sözləri çıxarılsın.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2021-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55