Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 sentyabr 2021, 16:07

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti ilə bağlı tədbirlər və “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 874 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1054) adında və mətnində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2021-ci il

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00