Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

08 sentyabr 2021, 15:22

Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürəkdən sevinir.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticari sahələrdə faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.

Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2021-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55