Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 avqust 2021, 14:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365, № 6, maddə 637; 2015, № 3, maddə 272; 2018, № 5, maddə 899; 2020, № 9, maddə 1149; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1373 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.2-ci yarımbənddə “(texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə)” sözləri “və enerji effektivliyi” sözləri ilə əvəz edilsin;

1.2. 3.0.5-ci yarımbənddə “Enerji resurslarından istifadə haqqında” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözləri ilə əvəz edilsin;

1.3. 3.0.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.10. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verir, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edir;”;

1.4. aşağıdakı məzmunda 3.0.10-1-ci yarımbənd əlavə edilsin:

“3.0.10-1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparır və onların fəaliyyətinə nəzarət edir;”;

1.5. 3.0.19 – 3.0.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.0.19. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirir;

3.0.20. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edir və bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edir;

3.0.21. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verir;”;

1.6. 4.0.8-ci yarımbəndə “istifadə” sözündən sonra “və enerji effektivliyi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.3-cü yarımbəndə “istifadənin” sözündən sonra “və enerji effektivliyinin” sözləri əlavə edilsin;

2.2. 3.1.9-cu yarımbənddə “elektrik, istilik enerjisi və qaz” sözləri “enerji” sözü ilə əvəz edilsin;

2.3. 3.1.34-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.34. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyi üzrə tədbirləri həyata keçirir;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul tarixli 1395 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.2-ci yarımbəndə “istifadəsinə” sözündən sonra “və enerji effektivliyinə” sözləri əlavə edilsin;

3.2. 2.1.4-cü yarımbənd ləğv edilsin;

3.3. 2.2-ci bənddə “Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə” sözləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinə” sözləri ilə əvəz edilsin;

3.4. 2.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.6-cı yarımbənd əlavə edilsin;

“2.2.6. effektivlik potensialının qiymətləndirilməsi əsasında enerji effektivliyinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi.”.

4. Bu Fərman 2022-ci il iyulun 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2021-ci il

SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30