İlham Əliyev İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

28 iyun 2012, 14:10
İlham Əliyev İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Siyasi sahədə əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün də geniş imkanların olduğunu bildirdi. İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin Krans Montana Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələrimizə dair məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini vurğuladı.

Rouş Nuri Şaveys İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında energetika sektorunda, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Dövlət başçısı Prezident Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraq Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 15 may 2025
12:20
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...

15 may 2025, 12:20
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:50
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...

15 may 2025, 11:50
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:48
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi...

15 may 2025, 11:48
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:46
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...

15 may 2025, 11:46