Məzahir Zeynalov və başqalarından, Goranboy, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə son illər Azərbaycan uğurla inkişaf edir. Bu gün ölkə iqtisadiyyatının Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini təşkil etməsi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın məntiqi nəticəsidir. Regionların inkişafı ilə bağlı təsdiq etdiyiniz Dövlət Proqramının icrası bölgələrin tarazlı inkişafını təmin etmişdir. Yeritdiyiniz sosial yönümlü siyasət əhalinin rifahını günü-gündən yaxşılaşdırır. Bunu hər birimiz öz həyatımızda hiss edirik. Bu gün ölkəmizin hər yerində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bölgələrə hər bir səfəriniz bu işlərin daha da genişlənməsinə təkan verir. 2012-ci il yanvarın 21-də rayonumuza səfəriniz zamanı verdiyiniz tövsiyə və tapşırıqlar, rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə ayırdığınız 2 milyon manat vəsait görülən işlərin miqyasını xeyli genişləndirmişdir. Eyni zamanda, ayırdığınız vəsait hesabına Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasını, düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndinin sosial problemlərinin həllini rayon ictimaiyyəti yüksək qiymətləndirir. Bunu rayona göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi hesab edirik.
Möhtərəm Prezident!
Bu günlərdə Sərəncamınızla rayonun Dəliməmmədli – Həmənli avtomobil yolunun tikintisi məqsədi ilə 4,6 milyon manat vəsait ayrılması ərazidə yaşayan 15 min nəfər əhalinin uzun illər qarşılaşdığı problemi həll edəcəkdir.
Möhtərəm Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bu diqqət və qayğıya görə Sizə rayon ağsaqqalları, ictimaiyyət adından sonsuz ehtiram və minntdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla,
Goranboy rayon Ağsaqqallar Şurasının sədri Zeynalov Məzahir Hidayət oğlu,
Rayon ağsaqqalları – Abbasov Tariyel Sarı oğlu, Tapqaraqoyunlu kəndi,
Məmişov Yolçu Məmiş oğlu Dəliməmmədli şəhəri,
Süleymanov Sabir Məmmədtağı oğlu, Hazırəhmədli kəndi,
Qasımov Məhərrəm Qurban oğlu, Qarasuçu kəndi,
Sadıqov Adil Xeyrulla oğlu Borsunlu kəndi,
Baxşaliyev Rəsul Məcid oğlu, Qızılhacılı qəsəbəsi,
Rüstəmov Firudin Koba oğlu, Dəliməmmədli şəhəri,
Nəbiyev Muxtar Zeynal oğlu, Səfikürd kəndi,
Səmədov Sabir Hüseyn oğlu, Qızılhacılı qəsəbəsi,
Cəfərov Cəfər Əziz oğlu, Dəliməmmədli şəhəri,
Əliyev Əli Cabbar oğlu Dəliməmmədli şəhəri.
Qədirov Musa Rəcəb oğlu, Bəşirli kəndi,
Mehdiyev Nadir Bayram oğlu, Göynüyən kəndi.