Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

15 iyun 2021, 16:20
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

X X X

Görüşdən sonra Prezident İlham Əliyev “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordeni təqdim etdi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55