İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul etmişdir

20 iyun 2012, 17:00
İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul etmişdir.

Leonid Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etdi, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42