Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

03 iyun 2021, 14:49

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək Sizə ölkələrimizin xüsusi xidmət orqanlarının kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiya və Azərbaycanın qardaş xalqlarının təhlükəsizliyinin təminatına və milli maraqlarının qorunmasına etibarlı zəmanət olacaq.

Hörmətlə,


Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat

Xidmətinin direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55