San-Marino Respublikasının Kapitan-Regentləri Cian Karlo Venturinidən və Marko Nikolinidən

02 iyun 2021, 15:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildirir, uğurlar arzulayır, Azərbaycan xalqına isə firavanlıq və rifah dolu gələcək diləyirik.

Hörmətlə,


Cian Karlo Venturini və Marko Nikolini

San-Marino Respublikasının Kapitan-Regentləri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55