13:32
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
13 iyun 2025, 13:32Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov: Cənab Prezident, əvvəlcə, onu qeyd edim ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İcazə verin, əvvəlcə, çox qısa bir videoya baxaq.
Deməli, bu, hər iki kompleksin iki hissəsidir - İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ.
Prezident İlham Əliyev: Bir yerdə yerləşir?
Emin Hüseynov: Bir-birinin yanında yerləşir və 18 hektar ərazini əhatə edir. Bizim durduğumuz yer açıq hava altındadır. Dram teatrının yanındadır. Muzey o tərəfdə olacaq. Bu şəkildə də gördüyünüz kimi 8 hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev: Qalıqlar qalacaq?
Emin Hüseynov: Bəli, fikir verirsinizsə, burada həmin o göldür. Biz buna yaddaş gölü deyirik. Onun üstündə həm Dram teatrının qapıları, həm kitabxana, poçt ofisi də var idi. Kitabxana olub, otel olub, poçt ofisi olub və balaca dükan da olub.
Prezident İlham Əliyev: Bu da belə qalacaq?
Emin Hüseynov: Bəli, bu da belə qalacaq. Bunların görüntüsü həm gündüz, həm də axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.
Prezident İlham Əliyev: Bəs, dağıdılmış digər evlər, mən demişdim ki, onlar saxlanılsın. Onlar da bu ərazidədir?
Emin Hüseynov: Bəli, o bağdadır, memorial bağda, bax, bu ərazidə. Hamısı qalır burada, orada həm də nar bağları arasında cığırlar təşkil olunacaq.
Prezident İlham Əliyev: Marşrutlar.
Emin Hüseynov: Bəli, xüsusi mobil tətbiqlər olacaq ki, “mented Reality” ilə onun üzərindən keçəndə haqqında müəyyən hekayələr çıxacaq, insanların danışdıqları rəvayətlər.
Prezident İlham Əliyev: Sonra Zəfər muzeyinə birləşir?
Emin Hüseynov: Bəli, bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.
Prezident İlham Əliyev: Gölün içindəki bina nədir?
Emin Hüseynov: Həmin bu binadır, cənab Prezident.
Prezident İlham Əliyev: Yəni, bu da gölün içində olacaq?
Emin Hüseynov: Bəli. Eyni zamanda, burada belə bir obyekt də olacaq. Konsepsiyası hazırlanır. Bu ortadakı bina. Sizin diqqətinizə muzeyin strukturu haqqında məlumatı çatdırmaq istərdim. Bu, çox dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Bu, xarici görünüşüdür. Burada giriş hissəsi var. Giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə olacaq. Dördüncü çox böyük və hündür zaldır. Bu, məhz 30 illik dövr ərzində verdiyimiz qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət ən vacibi - beşinci zal Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş köçkünlərimizin keçdiyi əzab-əziyyətli yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün o otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsinlər. Bura isə sükunət zalı dediyimiz yerdir. Bu sarı xətt işıq kimi görsənir. Amma yaxınlaşdığımız zaman belə bir mənzərə ortaya çıxır, dağıntılar, evlərin yanması. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün böyük effekt verəcək. Arxiv zalında tarixi faktların hamısı əks olunacaq. Bütün bunlar və virtual zal. Memorial bağ qeyd edildiyi kimi, səma altında muzey olacaq. Hətta yanmış o sınıq-salxaq avtomobillərin qalıqları nar bağlarının arasında göstəriləcək.
Bir də dediyim mobil tətbiq budur. Bina üzərinə gətirildikdə artıq onun haqqında hekayələr çıxacaq. Bu göldür, həmin Dram Teatrının qapıları və bu tağlardan ibarət bir hasar. Bu tağ Qələbə rəmzidir. Lakin çox əlamətdar məsələ odur ki, bu hasar tamamilə Ağdam daşlarından qurulacaq. Həm burada qalıqlar şəklində yığılıb qalmış daşlar, həm də Ağdamın özündə istehsal olunmuş daşlarla inşa olunacaq. Bütün bu binaların hamısının əksi göldə həm gündüz, həm də gecə görünəcəkdir. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirir.
Prezident İlham Əliyev: Zəfər tağı kimi?
Emin Hüseynov: Bəli, Zəfər tağı kimi, ağ və qara fonlarda hazırlanıb. Bakıda da belə bir Zəfər muzeyi yaradılacaq. Həmin simvolikadan orada da istifadə olunacaq. Zəfər muzeyi həm abidədir, həm də muzeydir. Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları. Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür.
Prezident İlham Əliyev: Eyni zamanda, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.
Emin Hüseynov: Bu ikinci zaldakı rəqəmsal masalarda hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulub. Quruluşu elədir ki, buradan həm Zəfər muzeyi, həm də Bayraq meydanı görünür. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
13 iyun 2025, 13:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...
13 iyun 2025, 13:30Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və...
12 iyun 2025, 18:11Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı...
12 iyun 2025, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...
12 iyun 2025, 16:572023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...
12 iyun 2025, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli canab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi...
12 iyun 2025, 16:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin...
12 iyun 2025, 13:20Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə...
12 iyun 2025, 11:02Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək...
12 iyun 2025, 11:00