Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikovdan

28 may 2021, 13:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın tədqiqat mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında yaranan, bu il 65 illiyini qeyd edən bizim beynəlxalq elmi tədqiqat təşkilatı ilə qarşılıqlı faydalı tərəfdaşlığın uğurlu inkişafının təminatı olan ənənəvi elmi-texniki əlaqələrin planlı şəkildə möhkəmlənməsində Azərbaycan Respublikasının rəhbərliyinin böyük rolunu məmnunluqla vurğulayıram.

Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun maraqları naminə qarşılıqlı beynəlxalq elmi fəaliyyətin aktual məsələləri, habelə kadr hazırlığı, gənc alimlərin və müvafiq ali məktəblərin məzunlarının elmə cəlb edilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidvar olduğumu bildirirəm.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik və yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayım.

Dərin və səmimi hörmətlə,


Qriqori Trubnikov

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55