İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub

28 may 2021, 13:13
İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına məscidlə bağlı məlumat verdi.

Bildirildi ki, ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.

Prezident İlham Əliyev: Buranın əvvəlki görüntüləri var? Kitablarda, şəkillərdə.

Ruslan Sadıqov: Bərpaçı tərəfindən belə təqdim olunur.

Prezident İlham Əliyev: İki minarə olub da burada?

Ruslan Sadıqov: Bəli.

XXX

Qeyd edək ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00