Yaqub Səfərovdan, Ağsu, Azərbaycan
Möhtərəm cənab Prezident.
İşğaldan azad olunmuş Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsi çox böyük hadisədir. Sizin möhkəm iradəniz, qətiyyətiniz, əzmkarlığınız sayəsində qazandığımız şanlı Zəfərdən sonra belə bir möhtəşəm festivalın təşkili sevinc və qürur hissimizi daha da artırdı. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin iştirakı ilə keçirilən bu tədbir mənfur düşmən üzərində hərbi, siyasi və mədəni qələbəmizin təzahürüdür.
Hörmətli Prezident, Sizin festivalın açılışındakı çıxışınız bizi olduqca fərəhləndirdi. Qalib ölkənin vətəndaşları olaraq Sizin kimi Müzəffər Ali Baş Komandanımızın olması ilə fəxr edirik.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Yaqub Səfərov
Ağsu rayon Uşaq Musiqi Məktəbinin direktoru
Azərbaycan Respublikası, Ağsu rayonu.