Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Cənab Vladimir Putinə

11 may 2021, 18:00

Hörmətli Vladimir Vladimiroviç.

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 11 may 2021-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55