İlham Əliyev Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir

04 iyun 2012, 14:30
İlham Əliyev Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir

Prezident İlham Əliyev Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir.

Nazir Gilbert Saboya Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəlməsindən şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Gilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42