Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan

02 iyun 2012, 15:30

Zati-aliləri,

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək səmimi-qəlbdən bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında davamlı dostluq əlaqələri daim inkişaf edəcəkdir.

Zati-alinizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza daimi tərəqqi və çiçəklənmə arzulayıram.

Səmimi salamlarımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Dövlətinin əmiri