SSRİ Xalq artisti Murad Kajlayevə

29 yanvar 2021, 17:50

Hörmətli Murad Maqomedoviç.

90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda və üslublarda işləyərək artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər boyu yorulmadan təkcə bəstəkar və dirijor kimi deyil, həm də pedaqoq kimi çalışırsınız, bütün gücünüzü, dərin biliklərinizi və qiymətli təcrübənizi gənc nəslə verirsiniz.

Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını öyrəndiyiniz Azərbaycanda sizi sevir və yüksək qiymətləndirirlər. Sizə doğma olan Bakının səhnələrində keçirilmiş yaradıcılıq gecələri istedadınızın bütün pərəstişkarlarında böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan musiqisinin inkişafı və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmlənməsi üzrə səmərəli fəaliyyətinizə görə Azərbaycan Respublikasının “Dostluq” (“Drujba”) ordeni ilə təltif edilmisiniz.

Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 yanvar 2021-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55