İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır

30 may 2012, 16:50
İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır.

Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qız Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.

Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola saldılar.

Dövlət başçısı həmin gün Naxçıvandan Bakıya qayıtdı. 

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42