İlham Əliyev Culfada Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir

30 may 2012, 16:35
İlham Əliyev Culfada Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir.

Bildirildi ki, 2010-2011-ci tədris ilində məktəbin 6 şagirdi ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşdur.

Onlardan ikisi hazırda Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində, dördü isə Naxçıvan Musiqi Kollecində təhsil alır.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52 sinif otağı və 8 yardımçı otaq vardır. Məktəbin kitabxana fondu da zəngindir. Burada 1600 tədris vəsaiti və musiqi ədəbiyyatı toplanmışdır. Musiqi məktəbində 285 şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20 pianino və bir royal vardır.

Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinlədi.

Dövlət başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə etdi.

Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 sentyabr 2024
14:27
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında...

30 sentyabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:42
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı...

28 sentyabr 2024, 15:42
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:38
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə...

28 sentyabr 2024, 15:38
SƏNƏDLƏR Sərəncamlar 28 sentyabr 2024
13:48
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin...

28 sentyabr 2024, 13:48
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:44
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra...

28 sentyabr 2024, 13:44