Xalq artisti Eldar Quliyevə

23 yanvar 2021, 20:55

Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2021-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55