İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin açılışında iştirak etmişdir

30 may 2012, 15:30
İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılmışdır. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilmişdir.

Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılmışdır.

Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.

Qeyd edildi ki, dörd hektar ərazidə yerləşən bu kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılmışdır. Yük xəttində geniş platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbar tikilmişdir. Anbar binalarında “Rapiskan” tipli rentgen qurğuları quraşdırılmışdır. Anbarın kompyuterləri vasitəsilə mərkəzdən buradakı prosesə birbaşa nəzarət etmək mümkündür. Yük xəttində xüsusi saxlanma şəraiti tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki soyuducu anbar yaradılmışdır. İdarənin həyətində ən müasir tələblərə cavab verən tərəzi quraşdırılmışdır. Ərazidə yarımstansiya, qazanxana vardır. Bu kompleks daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verildi. Bildirildi ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi “bir pəncərə” prinsipi ilə həyata keçiriləcəkdir. Bölmədə gömrük işçiləri, brokerlər, dövlət yol polisinin və notariat xidmətinin əməkdaşları fəaliyyət göstərir. Bundan başqa, burada bank filialı vardır və post-terminal quraşdırılmışdır. Bölmədə yaradılan şərait vətəndaşa cəmi 20 dəqiqə ərzində avtomobilinin rəsmiləşdirilməsini tam yerinə yetirməyə imkan verir.

Bu, ilk növbədə insanların rahatlığı, digər tərəfdən isə şəffaflıq baxımından böyük əhəmiyyət kəsb edir. Bölmədəki xüsusi məlumat köşkündə isə vətəndaşlar gömrük bəyannaməsi yaza, çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi nömrəsi, qanunvericilik aktları barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumat əldə edə bilərlər.

Diqqətə çatdırıldı ki, idarənin gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər səviyyəsində qurulmuşdur.

Kompleksdə operativliyin və şəffaflığın təmini üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyən olunmasına xidmət edən elektron növbə sistemi və infoköşk yaradılmışdır. Bu köşkdə vətəndaşlar bəyanetmə və rəsmiləşdirməni elektron formada həyata keçirə bilərlər. Bu bölmənin fəaliyyəti də “bir pəncərə” prinsipi ilə aparılır. Burada gömrük işçiləri ilə bərabər, brokerlər, baytarlıq, fitosanitar və karantin xidmətlərinin əməkdaşları da vətəndaşlara xidmət edəcəklər.

Bölmə ən son texniki nəzarət vasitələri ilə təchiz olunmuşdur. Buradakı bəzi müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, yoxdur. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq Naxçıvan Şəhər Gömrük İdarəsi əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsində iclas, seminar zalları və rəsmiləşdirməyə dair biliklərin artırılması üçün tədris otağı vardır.

Prezident İlham Əliyev idarənin laboratoriyası ilə tanış oldu.

Bildirildi ki, yeni inşa olunmuş gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar inşa olunmuşdur. İkinci mərtəbədə laborator analizlərin aparılacağı spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bakterioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromatoqrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya fəaliyyət göstərir. Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş malların təyini və mikrobioloji laboratoriyası yaradılmışdır. Avropanın və ABŞ-ın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqla təchiz edilən laboratoriyalar beynəlxalq sertifikata malikdir.

Diqqətə çatdırıldı ki, idarənin həyətində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.

Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42