Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosadan

27 may 2012, 14:25

Azərbaycanın milli bayramı - Respublikasının Günü münasibəti ilə Meksika xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi naminə birgə fəaliyyətimizin davam etdiriləcəyini öz tərəfimdən bir daha təsdiq etmək istərdim.

Xahiş edirəm, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı və Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

Felipe Kalderon İnoxosa
Meksika Birləşmiş Ştatlarının Prezidenti