Azərbaycan Texniki Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

31 dekabr 2020, 11:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Texniki Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Kərimov Savalan Xanlar oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Hüseynov Qabil İsmixan oğlu

Mahmudov Müdafiə Cəmil oğlu

“Tərəqqi” medalı ilə

Çələbi İftixar Qurbanəli oğlu

Daşdəmirov Fuad Səmid oğlu

Həsənli Ramiz Kamandar oğlu

Məmmədova Zöhrə Hüseyn qızı

Rzayev Elçin David oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il.

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05