Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Müfti şeyx Ravil Qaynutdindən

29 dekabr 2020, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı çox mühüm nailiyyətləri bu əlamətdar gündə dərin hörmətlə qeyd edirik. Bu nailiyyətlər sayəsində Azərbaycan xalqı sıx birləşərək, onun gələcəyə inamını və milli şüurunu möhkəmlətmiş çətin sınaqlardan keçməklə özünün siyasi və iqtisadi inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.

Müsəlmanlar bu nailiyyətlər sırasında Azərbaycanın həm İslama, həm də bütün dinlərə münasibətdə ölçülüb-biçilmiş və qayğıkeş dövlət siyasətini yüksək qiymətləndirirlər. Azərbaycan tolerant və monolit cəmiyyətin həqiqi nümunəsinə çevrilib. Bu ölkədə bütün konfessiyalara hörmətlə yanaşılır, bununla da bütün dünyaya nümunə göstərilir.

Hörmətli İlham Heydər oğlu, Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!

Hörmətlə və xoş dualarla,

Müfti şeyx Ravil Qaynutdin

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55