Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadədən

26 dekabr 2020, 15:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin edib. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir.

Bu il Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə xalqımızda böyük qürur və sevinc hissi oyatdı. Bizim rəşadətli və qəhrəman Ordumuz Sizin rəhbərliyinizlə uğurla mübarizə apardı və böyük Qələbəyə nail oldu.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur. Əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliği istiqamətində fəaliyyət göstərən Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu əlamətdar gün münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın rifahı naminə yorulmaz və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Professor Zərifə Əlizadə

Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55