Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən

25 dekabr 2020, 17:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik.

Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.

Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Aleksandr Vuçiç

Serbiya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55