Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan

25 dekabr 2020, 13:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram!

Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!

Hörmətlə,

Mixail Qusman

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55