Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurindən

25 dekabr 2020, 13:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Belə əlamətdar günlər insanın öz həyat yoluna nəzər salmaq və gələcəyə baxaraq bu gün əldə etdiyi nailiyyətləri dəyərləndirmək üçün gözəl imkanlar yaradır. Zati-alinizin yüksək liderlik keyfiyyətləri və müdrik rəhbərliyi Azərbaycan Respublikasının inkişafına və tərəqqisinə sanballı töhfələr verib. Siz uğurlu fəaliyyətiniz sayəsində həmvətənləriniz arasında və xaricdə haqlı olaraq nüfuz qazanmısınız.

2020-ci ildə bütün dünya COVID-19 pandemiyası səbəbindən misli görünməmiş bir çox çətinliklərlə üz-üzə qaldı. Böhranlara baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və əsas karbohidrogen infrastrukturunun inkişafı, o cümlədən müasir Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası istiqamətində qazanılmış mühüm nailiyyətlər ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş və davamlı enerji tədarükçüsü kimi nüfuzunu daha da artırıb.

2018-ci ildə Sizinlə görüşümüzdən sonra bütün bu il ərzində Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun digər üzv ölkələri ilə əməkdaşlıq etməsini böyük heyranlıqla izləmişik. Bu, ölkənin neft və qaz yataqlarının istismarında əldə olunan tarixi töhfə baxımından bizim üçün müstəsna və rəmzi əhəmiyyət daşıyır. Buna görə də Zati-aliləri, səmərəli tərəfdaşlıq və davamlı dəstəyə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumundakı nüfuzunu nəzərə alaraq, 2021-ci ildə GECF-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Doha şəhərində keçiriləcək 6-cı Sammiti ərəfəsində ölkənizlə əməkdaşlığı daha da dərinləşdirmək niyyətimi bir daha vurğulamaq istərdim. GECF və qaz ixrac edən ölkələr üçün əlamətdar hadisə olan həmin tədbirdə Zati-alinizlə şəxsən görüşmək mənim üçün böyük şərəf olardı.

Zati-aliləri, Sizi bir daha təbrik edir, həmvətənlərinizə və bu çətin dövrlərə baxmayaraq, daha da güclənən Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi arzu edirəm.

Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Yuri Sentyurin

Qaz İxrac edən Ölkələr Forumunun Baş katibi

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20