Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkından

24 dekabr 2020, 19:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezidentim.

Qırx dörd gün davam edən zəfərlə dolu Vətən müharibəsini böyük məharətlə başa çatdıran qəhrəman Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla adını müasir tariximizə qızıl hərflərlə yazdırdı.

Biz Avropada Azərbaycanı təmsil edən insanlar olaraq, Sizin müharibə müddətində etdiyiniz çıxışlar və qətiyyətli mövqeyinizlə qürur duyduq. Hər dəfə Sizin səsinizi eşidəndə və mesajlarınızı oxuyanda Azərbaycanın doğma torpaqlarından daha bir hissəsinin Vətənə birləşdiyini öyrənir və səmimi qəlbdən Sizə, Azərbaycan Ordusuna təşəkkür edirdik.

İyirmi doqquz il əvvəl müstəqilliyini bərpa etmiş can Azərbaycanımız Sizin liderliyinizlə möhtəşəm Zəfər qazandı, yeni nəsillərin qəlblərində böyük qürur hissi və özünəinam yaratdı.

Avropada yaşayan və Azərbaycanı qəlbən sevən insanlar olaraq, həm Sizin o böyük Zəfərinizi, həm də doğum gününüzü təbrik edir, Sizə cansağlığı, uzun ömür diləyirik.

Dərin hörmətlə,

İlhan Aşkın

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55