Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

24 dekabr 2020, 15:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və xoşbəxtlik arzulayıram.

İndiki mürəkkəb dövrdə xüsusi olaraq Sizə doğma ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının davamlı səmərəli inkişafının təmin edilməsi üçün bütün niyyətlərinizin həyata keçirilməsində tükənməz enerji və şövq arzulayıram. Qoy, Sizin zəngin təcrübəniz və yüksək nüfuzunuz Azərbaycan dövlətçiliyinin inamlı, firavan gələcəyinin rəhni olsun.

Tatarıstan və Azərbaycan arasında xoşniyyətli əməkdaşlığın tarixi ənənələrinə sadiqliyimizi təsdiqləyərək, ümidvaram ki, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində bizim qarşılıqlı fəaliyyət potensialımız bundan sonra da səmərəli şəkildə reallaşacaq.

Dərin hörmətlə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55