19:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Xüsusilə Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycanın qazandığı uğurlar gələcək nailiyyətlərin möhkəm təməlini qurmaqda və bütün Türk dünyasında böyük fərəh hissi ilə qarşılanmaqdadır. İnanıram ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud olan tarixi bağların daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcək.
Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Dərin hörmət və ehtiramla,
Darxan Kıdırəli
Beynəlxalq Türk Akademiyasının prezidenti
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...
02 may 2025, 16:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53