Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

24 dekabr 2020, 14:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə sanballı uğurlar əldə edib.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfəniz çox böyükdür. Ümidvaram ki, biz birgə səylərimizlə bütün istiqamətlərdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bundan sonra da inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55