Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan

24 dekabr 2020, 12:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyirəm.

Zati-alinizin Ali Baş Komandan olaraq cəsarəti, müdrikliyi və liderliyi sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir. Bu müddətdə başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün türk xalqı Azərbaycanın qələbəsi üçün dualar edib və dəstəyini verib.

İndiyədək olduğu kimi, bundan sonrakı müddətdə də Türkiyə Respublikası istənilən şəraitdə, vəziyyətdə can Azərbaycanın yanında olmaqda davam edəcək.

Möhtərəm cənab Prezidentim, “Bir millət, iki dövlət” şüarı ilə Zati-alinizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Qafqazda bundan sonra sülh, firavanlıq, rifah və əmin-amanlıq davamlı olacaq.

Ən dərin hörmət və ehtiramla,

Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin deputatı,

Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55