Roma klubunun fəxri prezidenti Ernst Ulrix fon Vaytszekerdən

24 dekabr 2020, 11:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Müdrik rəhbərliyinizlə gözəl ölkənizə və Sizə davamlı uğurlar arzulayıram.

2014-cü ilin aprel ayında Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün böyük şərəf idi. Həmin vaxt mən məhdud resurslu dünyamızda dinc iqtisadi inkişafı dəstəkləyən təşkilatın - Roma klubunun həmsədri idim. Siz böyük səxavət nümayiş etdirərək o vaxt yüksək səviyyəli qonaqları görüşə dəvət etmişdiniz.

Onu da vurğulamaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əməkdaşlıq və tolerantlıq kimi dəyərlərin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə olan ən yüksək ehtiramımı bildirirəm.

Səmimiyyətlə,

Ernst Ulrix fon Vaytszeker

Roma klubunun fəxri prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55