TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan

24 dekabr 2020, 11:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin builki ad gününüz Azərbaycan və Türk dünyası üçün önəmli tarixi hadisələrlə və nailiyyətlərlə əlamətdardır. İşğal altında olan torpaqlar Zati-alinizin müdrik siyasəti və hərbi rəhbərliyi nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilərək Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoyuldu və əzəli Azərbaycan torpaqlarında sülh və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi.

İnanıram ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimiz qısa zaman ərzində bərpa ediləcək və Qarabağda keçiriləcək beynəlxalq mədəni tədbirlərin təşkil olunmasında TÜRKSOY da yaxından iştirak edəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un Baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55