MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən

24 dekabr 2020, 11:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda, MDB məkanında və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider sözü ilə tam assosiasiya yaradır.

Sizin qarşınızda duran məsul məsələlərin həlli fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir. Siz var gücünüzlə Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr edirsiniz.

Mən qəti əminəm ki, Sizə xas olan müstəsna iş qabiliyyəti və yüksək intellektual potensial bundan sonra da Azərbaycan Respublikası naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin inkişafı məsələlərində ardıcıl və konstruktiv mövqe tutduğunuza, MDB İcraiyyə Komitəsini daim dəstəklədiyinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın və niyyətlərinizin uğurla həyata keçməsini arzu edirəm.

Dərin hörmətlə,

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55