2014-2016-cı illərdə Latviyanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Laimdota Strauyumadan

23 dekabr 2020, 14:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı və rifah arzulayıram.

Zati-aliləri, Siz görkəmli dövlət başçısısınız. Bütün dünya Azərbaycan xalqının ölkənizin ərazi bütövlüyü uğrunda Sizin rəhbərliyinizlə apardığı mübarizəni izlədi. Bu dövr, həmçinin insanların həyatını təhlükə altına qoyan və ənənəvi iqtisadiyyatda, eləcə də bir çox sosial proseslərdə dəyişikliklərə səbəb olan COVID-19 virusunun geniş yayıldığı dönəmə təsadüf edib.

Mən Sizə ölkənizin ərazi bütövlüyünün qorunub saxlanılması üçün mexanizmlərin yaradılması məqsədilə gələcəkdə dialoqun aparılması istiqamətində bütün çağırışların öhdəsindən gəlməyi və davamlı uğurlar əldə etməyi arzulayıram. Mən Sizin gözəl ölkənizə sülh, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Biz Beynəlxalq Nizami Gəncəvi Mərkəzində etibarlı dostunuz olaraq Sizin daim yanınızdayıq.

Hörmətlə,

Laimdota Strauyuma

2014-2016-cı illərdə Latviyanın Baş naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55