Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

23 dekabr 2020, 15:48

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram. Bu il Sizin və ümumiyyətlə bütün Azərbaycan xalqı üçün əlamətdar bir ildir. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu müharibə göstərdi ki, Azərbaycan müasir, güclü ordusu olan və iqtisadiyyatı sürətlə inkişaf edən dövlətdir. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün ölkəmiz beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur.

Sizin digər sahələrdə həyata keçirdiyiniz praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfəsini verməkdədir.

Doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55