18:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Mən 2021-ci ildə münasib bildiyiniz vaxtda Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, həmçinin onun Qəyyumlar Şurasının üzvləri adından Sizin rəhbərliyinizlə Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğaldan azad olunması nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, Gəncəyə və digər şəhərlərə müharibənin vurduğu zərərin aradan qaldırılması istiqamətində həyata keçiriləcək işlərin çox olduğunu yaxşı bilirik. Ancaq biz Zati-alinizin yüksək peşəkarlığı və müdrikliyi sayəsində bu çətin işlərin ən səmərəli şəkildə reallaşdırılacağına əminik. Eyni zamanda, mənşəyi və dini mənsubiyyətindən asılı olmayaraq tarixi və mədəni abidələrin qorunub saxlanılacağına dair Sizin mühüm bəyanatlarınıza heyranlıq və dəstək ifadə edən çoxsaylı insanlara mən də qoşuluram. Bu, bütün dünyada daha geniş təbliğ edilməli olan növbəti vacib və xoşməramlı təşəbbüsdür.
Fürsətdən istifadə edib, Baş katibimizin böyük səyləri nəticəsində əvvəlki illərdən fərqli olaraq çoxlu sayda yüksək səviyyəli onlayn görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. BMT, Avropa və Amerikadan olan institutlar, eləcə də Ümumdünya İncəsənət və Elm Akademiyası, “The Lancet” tibb dərgisi kimi, eləcə də Çindən olan ən nüfuzlu qurumlarla fəal tərəfdaşlıq etmişik. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiyaya baxmayaraq beynəlxalq arenada öz fəallığını qoruyub saxlamaqla bərabər, yeni dostlar və tərəfdaşlar qazana bilib, həmçinin sosial mediadakı fəaliyyətini genişləndirib.
Mərkəzin Qəyyumlar Şurasına, onun həmsədrlərinə, Baş katibimizə və əməkdaşlarına göstərdiyiniz etimada görə Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu çətin ildə qazandığı uğurlardan məmnunluq duyursunuz. Biz 2021-ci ildə həyatın normal məcraya qayıdacağını səbirsizliklə gözləyirik.
Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Səmimiyyətlə,
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri,
Misirin məşhur İsgəndəriyyə kitabxanasının sabiq direktoru,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00