Moldova Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinskidən

23 dekabr 2020, 15:04

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Çox əlamətdar bir hadisəyə - Dağlıq Qarabağda sülh razılaşmasının əldə edildiyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf edən doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu nailiyyət Sizin nümayiş etdirdiyiniz iradə, qətiyyət və müdriklik sayəsində mümkün oldu. Əslində, bu, son bir neçə onillikdə dünyada həllini tapmış yeganə dondurulmuş münaqişə idi.

Çox şadam ki, Siz atanız Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir, ölkənizin və xalqınızın mənafelərini yüksək səviyyədə müdafiə edirsiniz.

Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadi, sosial və mənəvi həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlər qazanıb. Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib.

Sizə iqtisadi potensialın artırılması, sülhün və asayişin möhkəmləndirilməsi işində səmimi qəlbdən yeni uğurlar arzu edirəm. Qoy, Sizin quruculuq səylərinizin nəticələrini Azərbaycan Respublikasının hər bir sakini hiss etsin.

Qoy, ölkənizin vətəndaşlarının rifahı naminə Sizin bütün yaradıcı təşəbbüsləriniz uğurlu olsun! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, bütün işlərinizdə və niyyətlərinizdə uğurlar arzu edirəm!

Hörmətlə,

Pyotr Luçinski

Moldova Respublikasının sabiq Prezidenti (1997-2001),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55