Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevdən

23 dekabr 2020, 12:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin yorulmaz fəaliyyətiniz, böyük istedadınız və zəngin siyasi təcrübəniz Azərbaycanın daha da inkişafına və ölkənizin beynəlxalq aləmdə nüfuzunun artmasına töhfələr verir.

Əminəm ki, ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı anlayış və inteqrasiya ənənələrinə söykənən strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Ən xoş arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55