Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 iyul 2010, 20:04

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 959 nömrəli Sərəncamının icrasının təmin edilməsi və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsi, habelə Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə qərara alıram: 

1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 milyon manat məbləğində vəsait ayrılsın.

2. Bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilmiş vəsaitin hesabına:

2.1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilsin.

2.2. Aşağıdakı 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın:

“Ayna” - “Zerkalo” qəzeti
“Azad Azərbaycan” qəzeti
“Azadlıq” qəzeti
“Azərbaycan” qəzeti
“Azerbaydjanskiye izvestiya” qəzeti
“Bakinski raboçi” qəzeti
“Bakı-Xəbər” qəzeti
“525-ci qəzet”
“Bizim yol” qəzeti
“Exo” qəzeti
“Ekspress” qəzeti
“Ədalət” qəzeti
“Həftə içi” qəzeti
“Xalq cəbhəsi” qəzeti
“Xalq qəzeti”
“İki sahil” qəzeti
“Kaspi” qəzeti
“Kaspiy” qəzeti
“Mərkəz” qəzeti
“Mövqe” qəzeti
“Novoye vremya” qəzeti
“Olaylar” qəzeti
“Palitra” qəzeti
“Paritet” qəzeti
“Paralel” qəzeti
“Respublika” qəzeti
“Səs” qəzeti
“Şərq” qəzeti
“Şərq qapısı” qəzeti
“Üç nöqtə” qəzeti
“Yeni Azərbaycan” qəzeti
“Yeni Müsavat” qəzeti

2.3. Aşağıdakı 8 informasiya agentliyinin hər birinə 10,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın:

- ASSA-İRADƏ İnformasiya Agentliyi 

- “Azadinform” İnformasiya Agentliyi 

- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) 

- “Azəri-Press” İnformasiya Agentliyi (APA) 

- “Olaylar” İnformasiya Agentliyi 

- “Səs” İnformasiya Agentliyi 

- “Trend” İnformasiya Agentliyi 

- “Turan” İnformasiya Agentliyi 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 2-ci bəndi ilə müəyyən edilən maliyyə yardımlarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə köçürülməsini təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2010-cu il.

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11