18:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Qarabağ bölgəsindəki döyüşlərdə əzmlə mübarizə apararaq qazandığınız Qələbə münasibətilə Azərbaycan Respublikasını və xalqını ürəkdən təbrik edirik. Biz öz qardaşlarımızı 30 illik işğaldan azad olunan torpaqlarda normal həyat şəraitinin geri qaytarılması və həmin ərazilərdəki məscidlərdə yenidən azan səsinin ucalması uğrunda Qarabağda apardıqları mübarizədən qalib çıxdıqları üçün təbrik edirik. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyir, qəhrəmanlarınıza möhkəm cansağlığı, yaralananlara isə qısa müddət ərzində sağalmalarını arzu edirik. Azərbaycan döyüş meydanında və danışıqlar masasında çox mühüm nailiyyət əldə etdi.
Sizi əmin edirik ki, ölkəmiz bundan sonra da Azərbaycan Respublikasını dəstəkləməkdə davam edəcək.
Biz ölkələrimiz arasında ticarət üzrə işbirliyinin möhkəmləndirilməsini, biznes sahəsində mümkün imkanların dəyərləndirilərək əməkdaşlığın genişləndirilməsini, səmərəli ünsiyyətin dərinləşdirilməsini və inkişaf etdirilməsini səbirsizliklə gözləyirik.
Hörmətlə və ən xoş arzularla,
Nabeel Salman Ali Alanbari
Kərbəla Ticarət Palatasının sədri,
Ahmed Abdel Abbas Al-Vaeli
İraq İş Adamları Birliyinin Kərbəla filialının sədri
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00