İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər

16 may 2010, 11:40
İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Prezident İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

- Əlahəzrət!

Hörmətli dostlar!

Hörmətli qonaqlar!

Əvvəlcə mən Əlahəzrəti ölkəmizdə salamlamaq istəyirəm. Çox şadam ki, bizim bu qədər yaxşı müzakirələrimiz oldu. Biz ikitərəfli münasibətlərə aid bir çox məsələləri əhatə etdik. Əlaqələrimiz çox yaxşıdır. Artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri vardır. Siyasi dialoqumuz çox fəal və dinamikdir. Biz mütəmadi olaraq görüşürük və dövlət liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizi daha da gücləndirir. Ümidvaram ki, biz gələn illər ərzində iqtisadi əməkdaşlığa daha çox diqqət yetirəcəyik. Çünki biz daha çox işlər görməliyik. İşgüzar dairələrimizin nümayəndələri arasında artıq ilkin təmaslar vardır. Lakin hesab edirəm ki, potensialımızdan daha geniş şəkildə istifadə etməliyik. Biz bu səfər çərçivəsində iqtisadi əməkdaşlığımızın praktiki aspektlərini, müxtəlif investisiya layihələrini müzakirə etdik və onları yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik.

Ölkələrimiz arasında möhkəm mədəni əlaqələr də vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görüləsi işlər üzərində düşünməliyik.

Əlahəzrət!

Sizin və ölkənizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və birmənalı mövqeyinizə görə olduqca minnətdarıq. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Azərbaycana verdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu, bizim üçün çox vacib idi. Çünki Siz də bilirsiniz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatlar torpaqlarımızın azad edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də yerinə yetirilməyib. İslam Konfransı Təşkilatı qətnamələr qəbul edib. Həmçinin ATƏT və Avropa Şurasının qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin qətnamələrə məhəl qoymur. Torpaqlarımız artıq uzun illərdir ki, işğal altındadır. Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Danışıqları konstruktiv tərzdə aparırıq və bu baxımdan Ermənistan tərəfindən də eyni yanaşmanı gözləyirik. Belə olarsa məsələ yaxın vaxtlarda həll edilə bilər.

Əlahəzrət!

Mən Sizə və hökumətinizə Azərbaycanı bu məsələdə daim dəstəklədiyinizə görə minnətdarlığımı bildirirəm. Biz isə öz növbəmizdə İordaniyaya beynəlxalq təşkilatlarda dəstəyimizi veririk. Ölkənizi dəstəkləməkdə davam edəcəyik. Xalqlarımız arasında münasibətlər çox yaxşıdır. Nümayəndə heyətlərimiz arasındakı münasibətlər də çox yaxşıdır. Fikrimcə, nümayəndə heyətlərinin üzvləri də bizdən, bizim münasibətlərdən yaxşı nümunə götürəcəklər və yaxşı əlaqələr yaradacaqlar.

Sizi ölkəmizdə qəbul etməkdən bir daha məmnun olduğumu bildirirəm. Mən Sizə və İordaniya xalqına sülh və rifah arzulayıram. Ümidvaram ki, ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir.

X X X

İordaniya Kralı II ABDULLAH bəyanatla çıxış edərək dedi:

Çox sağ olun, Zati-aliləri!

Xanımlar və cənablar!

Bakıda yenidən olmağımdan olduqca məmnunam. Ölkələrimiz

arasında bu cür xüsusi münasibətlərdə irəliləyişi görməkdən çox şadam. Əminəm ki, bu gün apardığımız konstruktiv müzakirələr və bu səfər çərçivəsində imzalanacaq sənədlər əməkdaşlığımızı daha da gücləndirəcəkdir. İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji və xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir.

Zati-aliləri!

Digər beynəlxalq və regional, xüsusən də Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün zəruri hesab edilən məsələlərlə bağlı Sizinlə müzakirələr aparmaqdan çox şad oldum. İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı əsasında həllinə yönələn səylərimizdə irəliləyişin əldə olunması hamı üçün təxirəsalınmaz xarakter daşıyır. Bu, İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan suveren və möhkəm Fələstin dövlətinin qurulmasına xidmət etməlidir. Bu münaqişənin həlli sabitliyin və təhlükəsizliyin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məsələni Bakıda qardaşlarımızla müzakirə etdik.

Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan bu münasibətlər hökumətlərimiz və xalqlarımız arasında olan əlaqələrdə də öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik.

Zati-aliləri, Sizi burada və beynəlxalq tədbirlərdə görməkdən hər zaman məmnun oluram. Ölkənizə yenidən səfər etməyimdən çox şadam. Yaxın vaxtlarda Sizi yenidən görməyi səmimiyyətlə arzulayıram və dostluğumuz münasibətlərimizi bundan sonra daha da sıx edəcəkdir. Çox sağ olun və göstərilmiş çox səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15