Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilmişdir.
Prezident İlham Əliyev iclasda iştirak etmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşıladı.
İclası açan Rusiya Prezidenti Vladimir Putin Birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Daha sonra hazırda MDB-yə sədrlik edən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov çıxış etdi.
İclasda dövlət başçıları MDB məkanında müxtəlif sahələrdə əməkdaşlığın və inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi apardılar.