18:30
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi və xalqınızı “Maschio Gaspardo Group” şirkəti adından Azərbaycan torpaqlarının iyirmi səkkiz illik işğaldan azad olunması uğrunda müharibədə qazandığınız Qələbə və sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm. Sizin güclü liderliyinizlə və belə qısa müddət ərzində qazanılan tarixi hərbi uğura şahidlik etmək çox gözəldir.
Sizi həm müasir Azərbaycanın, həm də bütün bölgənin tarixində yeni bir səhifə açan bu şanlı Qələbə münasibətilə bir daha təbrik edirik. Bu Qələbə böyük potensiala və artan geostrateji əhəmiyyətə malik olan bölgə üçün çoxşaxəli və nadir imkanlar, inklüziv regional əməkdaşlıq və davamlı inkişaf üçün parlaq perspektivlər ortaya qoyur.
Sizə ölkənizin işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah diləyirik.
Hörmətlə,
Andrea Masçio
İtaliyanın “Maschio Gaspardo Group” şirkətinin
İdarə Heyəti sədrinin müavini
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00