15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Prezident İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak etmişdir. Dövlətimizin başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxdı.
Parkın ərazisi əvvəllər ekoloji cəhətdən yararsız vəziyyətdə olmuşdur. Burada qrunt sularının səthə çıxması nəticəsində bataqlıq əmələ gəlmişdi. 2006-cı ildə Prezident İlham Əliyev həmin əraziyə gələrək gölün qurudulması barədə tapşırıq vermişdi. Göl qurudulduqdan sonra dövlətimizin başçısının tapşırıqlarına əsasən, bu ərazidə park salınmışdır. İndi bu ərazi nəinki Suraxanı rayonunun, eləcə də paytaxtımızın ən gözəl parklarından biridir. Bülbülə qəsəbəsi ərazisində salınmış bu istirahət guşəsində sakinlərin və qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verdi ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılmışdır. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir. Burada geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmiş, yaşıllıq sahələri salınmışdır. Yerli şəraitə uyğun 500-dən artıq müxtəlif ağac və gül kolları əkilmişdir.
Parkda uşaqlar üçün 568 kvadratmetrlik əyləncə meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır. Parkın işıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində bu gün paytaxtımızın görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində salınmış yeni park Bakının simasını daha da gözəlləşdirməklə bərabər əhalinin istirahəti üçün sevimli məkanlardan biri olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30