Masazır duz zavodunun açılışında İlham Əliyevin nitqi

21 iyul 2010, 19:15
Masazır duz zavodunun açılışında İlham Əliyevin nitqi

Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə bütün vəzifələr icra olunur. 

Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir. Əlbəttə ki, görülən bütün bu işlər imkan verəcəkdir ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində dünya səviyyəsində aparılsın. Digər tərəfdən zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın ixrac potensialı da gücləndirilsin.

Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Azərbaycanın bütün bölgələrində iş yerləri sürətlə açılır, insanlar işlə təmin olunurlar.

Zavodun fəaliyyətə başlaması nəticəsində Azərbaycan artıq duzu ixrac edən ölkəyə çevrilir və öz daxili tələbatını tam şəkildə ödəyəcəkdir. Bu, bizə imkan verəcəkdir ki, yerli istehsalı daha da gücləndirək, idxaldan asılılığımızı azaldaq və beləliklə, Azərbaycanı daha da uğurla irəliyə aparaq. Bax, bu amillər onu göstərir ki, bizim iqtisadi sahədəki bütün təşəbbüslərimiz öz gözəl nəticələrini verir. Eyni zamanda, bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər.

İnsanların sağlamlığı üçün Azərbaycan dövləti çox şey edir. Həm səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar, bununla bərabər Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları yüksək keyfiyyətə malik olmalıdırlar. Artıq Azərbaycanda bu işlər çox sürətlə təşkil olunur və biz keyfiyyətsiz mallara qarşı çox ciddi mübarizə aparırıq. Həm idxal nəticəsində gətirilən keyfiyyətsiz malların bazardan yığışdırılması, eyni zamanda, daxildə istehsal olunan keyfiyyətsiz malların aşkarlanması və yığışdırılması prosesi sürətlə gedir. Bu nöqsanları buraxan sahibkarlar da ciddi şəkildə cəzalandırılmalıdırlar. Çünki insanların sağlamlığı əsas vəzifədir.

Bir daha demək istəyirəm ki, duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. O da sevindirici haldır ki, bu zavodun yaradılmasında həm “Azersun” şirkəti, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkəti də iştirak etmişdir. Biz Azərbaycan Dövlət İnvestisiya Şirkətini məhz o məqsədlə yaratdıq ki, yerli və xarici investorlarla bərabər Azərbaycanın sənaye və iqtisadi inkişafı üçün lazım olan sahələrə investisiyaları cəlb etsin və o prosesi təşkil etsin. Artıq Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti öz bəhrəsini verir. Bax bu birgə fəaliyyət nəticəsində - dövlət qurumu və özəl şirkət - bu gözəl müəssisə yaradılıbdır.

“Azersun” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu şirkətin fəaliyyəti çox genişdir. Məni çox sevindirən odur ki, Azərbaycanda yerli istehsalın yaradılması işinə “Azersun” şirkəti böyük töhfəsini verir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı sahəsində bu şirkətin töhfəsi çox böyükdür. Mən ümid edirəm ki, gələcəkdə bu şirkət öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir. 

Bu zavodun yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaqdır. Bu sahə bizim üçün ən prioritet sahələrdən biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı 15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər görülmüş işlərin nəticəsidir.
Bir sözlə, zavodun açılışı çox müsbət bir haldır. Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır, bu zavod daxili tələbatı tam şəkildə təmin edəcəkdir. Biz gərək öz daxili bazarımızı qoruyaq və bunu etmək üçün yəqin ki, əlavə tədbirlər də görüləcəkdir. Artıq duzun idxalına heç bir ehtiyac qalmır, xüsusilə nəzərə alsaq ki, burada istehsal olunan duz ən yüksək standartlara cavab verir. Beləliklə, Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də ki, bizim böyük ixrac potensialımız da artacaqdır.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20