Braziliya Federal Senatının birinci vitse-prezidenti Antonio Anastasia və federal konqresmen Klaudio Kajadodan

02 dekabr 2020, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan və Ermənistan arasında ölkənizin Dağlıq Qarabağ bölgəsi uğrunda müharibəyə son qoyan atəşkəs razılaşmasının imzalanması ilə bağlı xəbərləri böyük məmnuniyyətlə qarşıladıq.

Biz Deputatlar Palatası və Federal Senatdakı Braziliya-Azərbaycan Parlamentlərarası dostluq qruplarının sədrləri olaraq Sizin ölkənizlə yaxından maraqlanırıq və Azərbaycanla bağlı bütün prosesləri xüsusilə indiki dövrdə diqqətlə izləyirik. Biz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə hər iki ölkənin əhalisinin daha yaxşı həyat şəraitinə nail olması istiqamətində səylərimizi davam etdiririk.

Parlamentarilər olaraq biz sülhü dəstəkləyir, ərazi münaqişələrinin və ya hər hansı digər fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarıyıq.

Cənab Prezident, biz Sizi qazandığınız müvəffəqiyyəti, həmçinin bölgənizdə hərbi əməliyyatların sona çatması və arzuedilən sülhün bərqərar olması ilə nəticələnən danışıqlardakı uğurlarınızı yüksək qiymətləndirir, ölkənizə davamlı əmin-amanlıq, eləcə də sosial və iqtisadi inkişaf arzu edirik.

Hörmətlə,

Antonio Anastasia

Braziliya Federal Senatının birinci vitse-prezidenti

Klaudio Kajado

Braziliyanın federal konqresmeni

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55